Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.
- Ukrayna sülh danışıqlarının başlayacağı tarixi açıqladı
- Qeşm adasında partlayışlar oldu
- Zelenski həqiqətən Putinlə görüşmək istəyirsə... - Kreml
- “Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
- İran Hörmüz boğazı üçün 7 şərt irəli sürdü
- İran Hörmüzlə bağlı razılaşdı: Tezliklə elan ediləcək
- Paşinyan Göyçə gölündə çimdi - Video
- Rəşid haqqı olanı aldı! - Video