Yeri gəlmişkən, yeni müxalifət hərəkatının hər cür şəkildə artsax haqqında danışmaqdan yayınmağa başladığını və “artsax bayraqları”nın toplantılardan itdiyini görmüsünüzmü? Hətta kilsə fəaliyyətini donduran Qalstanyanın şüarı “Ermənistan, Ermənistan, Vətən və artsax” kimi səslənsəydi, daha məntiqli olardı, amma artsax əvəzinə “Tanrı” sözü seçildi.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün Teleqram kanalında yazıb.
“Bizi artsaxdan imtina etməkdə ittiham edən müxalifət artsaxla bağlı gündəmində heç nə saxlamayıb. Baxmayaraq ki, ümumiyyətlə, böyük hesabla yeni gündəm gətirilib – gündəm haqda iki cümlə: “Ay başınıza qar yağsın, bu gözləntilərin davası deyil, görüş gözləyirik, qara deyilik, biz ağıq - ağ paltarda, amma indi bənövşəyiyik, əlimdən öp, dua edək”. Həqiqətən də bu, toxunulmaz bir gündəmdir”, - Simonyan ələ salıb.
O bildirib ki, keşişin 2018-ci ilin davranışını və və sözlərini mümkün qədər kopyalamağa çalışması da gülməlidir:
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
“Ermənistanın baş naziri olmağa ümid edən şəxs ilk növbədə rütbəsindən yox, Kanada vətəndaşlığından imtina etməlidir, baxmayaraq ki, katolikos olmaq üçün, səhv etmirəmsə, başqa ölkənin vətəndaşı olmaq qadağası yoxdur”.
- Bakıda ailə evindən çıxarıldı - Uşaqlar küçədə dərs oxuyurlar - VİDEO
- Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım
- Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi... - Prezident
- Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...
- Kilsə ilə savaş: Paşinyanın planı budur
- Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
- Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva
- Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto