Qərbi Azərbaycanın rayonları ilə bağlı xəritə təqdim olunub.
BUTA.TV xəbər verir ki, xəritəni Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli öz Feysbuk səhifəsində yerləşdirib.
Onun sözlərinə görə, bu xəritə 1970-ci ilin ərazi-inzibati bölgüsü əsasında hazırlanıb.
“Hörmətli soydaşlar, xeyli vaxtdır ki, sosial şəbəkələrdə Qərbi Azərbaycanla bağlı çoxlu sayda materiallar yayımlanır, müxtəlif xəritələr paylaşılır. Bu ümummilli məsələ ilə bağlı hər kəs əlindən gələni etməyə çalışır. Buna görə hər kəsə təşəkkür edirik. Lakin təəssüf ki, yayımlanan xəritələrdə, dərc olunan məlumatlarda və elan edilən rəqəmlərdə bəzən xeyli müxtəliflik özünü göstərir. Hamıdan xahiş edirik ki, belə məsələlərdə müxtəlifliyə yol verməmək üçün hər kəs Qərbi Azərbaycan İcmasının təsdiq etdiyi və paylaşdığı xəritələrə, məlumatlara və elan etdiyi rəqəmlərə istinad etsin. Hazırda ilk addım olaraq Qərbi Azərbaycanın rayonları ilə bağlı xəritəni paylaşıram. Xatırladıram ki, Qərbi Azərbaycanın rayonlaşdırılmasına 1930-cu il sentyabrın 9-da başlanılıb, müxtəlif vaxtlarda ərazinin inzibati bölgüsündə müxtəlif dəyişikliklər edilib. Buna görə də həmin tarixlərdən ən optimal hesab etdiyimiz bir tarixin - 1970-ci ilin ərazi-inzibati bölgüsünü əsas götürmüşük”, - o qeyd edib.
- Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- İnternetdə nasazlıq yarandı - 41 nəfərin imtahanı yarımçıq qaldı
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı