Bakının mərkəzində azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 1980-ci il təvəllüdlü Nəsimi Xeybərov (soyad şərtidir) həbs edilib.
BUTA.TV-nin əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən binanın qarşısında baş verib. Həmin binaya yük daşımaq üçün gələn Nəsimi blokun qarşısında altı yaşlı qızın tək olmasını görərək ona yaxınlaşıb. O, azyaşlının əllərindən və dodağından öpüb, həmçinin digər əxlaqsız hərəkətlər edib. Qızın atası eyvandan baş verənləri görərək qışqırmağa başlayıb və səsə digər şəxslər də gəlib. Bunu görən Nəsimi ərazidən uzaqlaşıb.
Hadisə barədə polisə məlumat verildikdən sonra axtarış tədbirləri həyata keçirilib və Nəsimi Xeybərov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsinin 5 iyun tarixli hökmü ilə Nəsimi Xeybərov 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı