Son 10 ildə televiziya və çap mediasının auditoriyası kəskin azalıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Oksford Universiteti araşdırma edib.
Hesabata görə, dünyada xəbər oxuyan, dinləyən və baxanların sayı getdikcə azalır. Buna səbəb isə dərc edilən xəbərlərin üzücü, qəddar və darıxdırıcı görünməsidir. Hesabata görə, dünyada hər 10 nəfərdən dördü gündəlik xəbər oxumaqdan uzaq durduğunu bildirib. 2017-ci ildə 29 faiz olan bu nisbət yeni hesabatda 39 faiz olaraq qeyd edilib.
Ənənəvi xəbər mənbələrinin auditoriyasının son 10 ildə kəskin şəkildə azaldığı da hesabatda öz əksini tapıb. Bundan başqa hesabatda gənclərin xəbərləri internet və ya sosial media vasitəsilə almağa üstünlük verdiyi bildirilib.
Xəbərləri izləmək üçün ən vacib sosial media platforması uzun müddətdir ki, tənəzzülə uğrasa da, hələ də Feysbukdur. Yutub və Vatsap hələ də çoxları üçün vacib xəbər mənbələri olaraq qalır. Hesabata görə, ən maraqlısı isə Tiktokun ilk dəfə X platformasını (keçmiş Tvitter) qabaqlamasıdır. 18-24 yaşlı gənclərin 23 faizi xəbərləri izləmək üçün Tiktokdan istifadə edir.
Xəbərləri izləmək üçün Yutubdan istifadə edənlərin nisbəti X üçün bu nisbət yüzdə 13-dür.
Hesabatda qeyd olunub ki, bu dəyişikliklərə görə video internetdə xüsusilə gənc qruplar üçün daha vacib xəbər mənbəyinə çevrilib və ən çox diqqət çəkənlər qısa xəbər videolarıdır.
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!