Qarabağ Universitetində bütün tədris dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək qəbul imtahanları nəticəsində abituriyentlər seçim apararkən özləri də görəcəklər ki, Qarabağ Universitetində yalnız dövlət sifarişli yerlər plana daxil edilib.

BUTA.TV xəbər verir ki, bu sözləri Oxu.az-a geniş müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

O, builki tədris ilində ödənişsiz əsaslarla qidalanma kimi bir güzəşt nəzərdə tutulmadığını deyib:

“Pulsuz təhsil veririk, pulsuz yaşayışla – kampusla təmin edirik, təqaüd veririk, amma ödənişsiz qidalanma hazırda nəzərdə tutulmayıb”.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"