Xəbər verdiyimiz kimi, artıq Milli Məclis parlament seçkilərinin 2 ay irəli çəkilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Seçkilərin sentyabrın ilk ongünlüyündə keçiriləcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bir neçə partiya - VHP, ƏHD, Böyük Quruluş Partiyası seçki prosesinə hazır olduqlarını, hüquqi proseduru gözlədiklərini elan ediblər.
Respublikaçı Alternativ Partiyasından (Real) bildirilib ki, seçki prosesinə ötən ilin dekabrından hazırlaşırlar. Artıq 13 namizəd təsdiqlənib, bir neçə namizəd isə bu həftə ərzində təsdiqlənəcək.
Ümid Partiyası da ilkin siyahının müəyyənləşməsi üçün hazırlıqlara start verib. Saytımıza açıqlamada qeyd edilib ki, hazırda 75 nəfərin namizədliyinin irəli sürülməsi ilə bağlı ilkin razılıq var ki, onlardan 60-nın seçki dairəsi müəyyənləşib.
Ana Vətən Partiyasında namizədlərin siyahısı iyul ayının 20-dək təsdiqlənəcək.
Ədalət Partiyası, Böyük Azərbaycan Partiyası, AĞ Partiyadan da seçkilərdə iştirak üçün ilkin hazırlıqlara başlanıldığı vurğulanıb.
Müsavat Partiyası isə sorğumuza cavab verməyib.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?