Biz inanırıq ki, bu, (Orta Dəhliz layihəsi – red.) bütövlükdə region üçün çox mühüm bir addımdır. İndiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri ixracı Rusiya və ya Çin vasitəsilə həyata keçirməli olurlar, bir hissəsi də Xəzər dənizi vasitəsilə reallaşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 28-də jurnalistlərə açıqlamasında söyləyib.
O deyib:
“Biz Azərbaycanın Xəzər dənizindən keçən mal və xidmətlərin Gürcüstan ərazisi vasitəsilə qlobal bazarlara çıxarılması üçün böyük imkanlar görürük. Amma biz həm də inanırıq ki, Ermənistandan keçərək Türkiyəyə, Qara dənizə, Atlantik okeanına, əsasən də Aralıq dənizinə çıxmaq üçün böyük imkanlar var. Bu fürsət daşıma xərclərini aşağı salmağa kömək edəcək. Bu, geosiyasi müdaxilədən azad olan təhlükəsiz alternativ yollar təqdim edəcək. Bütün bunlar Tacikistandan Türkiyəyə qədər 10 milyonlarla insanın dəhlizin açılmasından faydalanacağını düşünmək üçün böyük səbəbdir. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və bilirik ki, bu, Ermənistanla Azərbaycan arasında anlaşmadan başlayır”.
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!