Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar

06:28 - 19 İyun 2026 - DÜNYA

 Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar

ABŞ-nin keçmiş Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Çikaqoda Obama Prezident Mərkəzinin təntənəli açılış mərasimində çıxış ediblər.

BUTA.TV” xəbər verir ki, uzun müddətdir gözlənilən mərkəzin sabah rəsmi olaraq ictimaiyyət üçün açılacağı bildirilir.

Tədbirdə ABŞ-nin bir sıra keçmiş və hazırkı siyasi liderləri də iştirak ediblər. Qonaqlar arasında keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Co Bayden, eləcə də, keçmiş vitse-prezident Kamala Harris yer alıb. Obama ilə gərgin münasibətləri olduğu bilinən Prezident Donald Tramp isə mərasimə dəvət edilməyib.

Rəsmi açılışdan əvvəl Barak Obama gələn qonaqlara, o cümlədən, keçmiş prezidentlər və birinci xanımlara bələdçilik edərək mərkəzi təqdim edib.

Mərasimdə maraqlı və səmimi anlar da yaşanıb. Keçmiş prezident Corc Buş keçmiş birinci xanım Mişel Obamaya simvolik bir hədiyyə - bir qutu “Altoids” təqdim edib. İllərdir müxtəlif rəsmi tədbirlərdə bir-birinin yanında oturan Buş və Mişel Obamanın bu jesti tədbirə yumoristik və dostluq ab-havası qatıb.









Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol