Həssas diş minası turş, şirin, çox isti və ya soyuq yeməklər zamanı ağrıya səbəb ola bilir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, stomatoloq, Liliya Kuzmenkova bu halın qarşısını almağın yollarından danışıb.
O, ilk növbədə pəhrizdən çox isti, soyuq, turş və şirin qidaların, eləcə də içkilərin xaric edilməsini tövsiyə edib. Bununla yanaşı, daha çox süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, çərəzlər, balıq, yumurta, D vitamini ilə zəngin göbələk istehlak etməyi məsləhət görüb. O, bu qidaların diş minasını gücləndirdiyini bildirib.
“Yumşaq diş fırçası istifadə edin, fırçalama zamanı dişlərə həddindən artıq təzyiq göstərməyin. Minanın aşınmasını və diş ətinin zədələnməsini minimuma endirmək üçün dairəvi hərəkətlə fırçalayın. Bədənin və ağız boşluğunun ümumi sağlamlığını qorumaq üçün diş ipi və ağız yaxalayıcısından istifadə etməyi unutmayın”, - deyə həkim qeyd edib.
Həkimin sözlərinə görə, həssaslığın səbəblərini müəyyən etmək və aradan qaldırmaq üçün diş həkiminə müraciət etmək lazımdır.
O, qəfil ağrı halında isə minadakı turşuyu yumaq üçün ağzı ilıq su ilə yaxalamağı məsləhət görüb.
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah