Naxçıvanda bu ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
BUTA.TV xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan prifilaktik tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı, 1 243 ədəd müxtəlif çaplı patron, 18 qumbara və 3 süngü-bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Təhvil verilən odlu silahların 4-ü avtomat, 11-i tapança, 55-i isə müxtəlif markalı tüfəng olub.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində isə 10 odlu silah, 5 patron darağı, 255 mərmi, 2 süngü-bıçaq və 2 top mərmisi aşkar olunaraq götürülüb. Odlu silahlardan 1-i avtomat silahı, 9-u müxtəlif markalı tüfəng olub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
- AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı