Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində Rəqabət qanunu fənni üzrə tədrisin başlanılması nəzərdə tutulub.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
"Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq", - deyə o əlavə edib.
M.Abbasbəyli bildirib ki, əsas məsələlərdən biri ölkəmizdə rəqabətin bölüşdürülməsi meyarlarını müəyyənləşdirməkdir:
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
"Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabətçilik indeksinin müəyyənləşdirilməsi və bunun üçün də rəqabət xəritəsinin hazırlanmasıdır. Bu, çox böyük data və onların təhlilini tələb edir. Bu, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin mövcud olması, hər bir bölgəmizdə sahibkarlıq strukturları, onların bazar payları və verdikləri məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır".
- ABŞ-la hərbi qarşıdurma başa çata bilər - SEPAH
- Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...
- “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
- “Xətaidə tullantı sularının dənizə axıdılması həqiqətə uyğun deyil” - Rəsmi
- İranda dollar yenə bahalaşdı
- Qazaxıstanda şok əməliyyat: 21 ton narkotik...
- Putin və Tramp bu məsələni müzakirə etdi - Peskov
- Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto