Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə 200 min manat pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevin apellyasiya məhkəməsi sona çatıb.
BUTA.TV-ın Unikal-a istinadən məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxslər - Sakit Əlişov və Şahin Quliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən "Şeyx Lahmacun" dönər evinin sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu zirzəmidə stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır