Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı

16:50 - 6 Avqust 2026 - GÜNDƏM

 Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı

Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb.

BUTA.TV” xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb.

İlk dəfə 1 milyon manata təklif olunan mənzili icra məmuru 50 faiz endirimlə 463 min 125 manata sata bilib.

Həmin pul dövlətə dəymiş ziyanın bir hissəsinin qarşılanmasına sərf ediləcək. 

Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün yekunda ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol