"Apatiya" filminin ikinci hissəsinin çəkilişlərində yaranan qalmaqal böyüyür.
BUTA.TV xəbər verir ki, bu barədə ekran işinin art direktoru və kreativ məsləhətçisi olduğunu bildirən Tatı Səttar adlı şəxs sosial media hesabında paylaşım edib.
O, filmin çəkilişlərində maliyyə problemlərinin yarandığını və ekran işinin rejissoru Hikmət Rəhimovun komanda üzvlərinə ödənişlər etmədiyini və onları "qara siyahı"ya atdığını deyib:
"Apatiya 2" filminin art direktoru və kreativ məsləhətçisi idim. Ümumi yaradıcı prosesə yalnız yaradıcıllıq tərəfdən əmək qoymuşam. Filmin istehsal hissəsində, hətta çəkilişə 1 gün qalmış bundan imtina edib layihəni tərk etməli oldum. Bu, mənim qərarım idi. Lakin bunun səbəbi Hikmət Rəhimovun mənə qarşı olan ədalətsizliyi idi.
Orada olan hər kəs kimi mən də yaxşı film ərsəyə gətirməkdən savayı, çörək pulu qazanmağa gəlmişdim. Çünki ilkin iş təklifi bunun üzərində qurulmuşdu. Lakin təəssüf ki, əməyimin istismarına və gördüyüm işin haqqının ödənilməsindən imtina ilə üz-üzə qaldım.
Mənə ilk ərəfələrdə heç bir səbəb bildirilmirdi. Amma yaxın zamanlarda səbəbin sponsorların ödənişi gecikdirməsi olduğu deyilsə də, ilk gündən içi mən qarışıq, digər komanda üzvləri də filmə maliyyə yatıran sponsorların olduğunu bilmirdi. Daha doğrusu fakt nədənsə bizdən gizlədilirdi və işlər şəffaf aparılmırdı. Əgər indi kimlərsə öz haqqlarını tələb edirlərsə, bu məsələnin bütün məsuliyyəti sponsorlarda yox, Hikmətin öz üzərindədir. Çünki pul olduğu halda komandaya "pul yoxdur" demək, buna baxmayaraq hələ bir istismar etmək nə qədər düzgün hərəkətdir, siz deyin.
Hikmət Rəhimov məni də, digər başqa komanda üzvləri kimi hər yerdən "qara siyahı"ya atıb. Özü ilə danışmağa, görüşməyə çox cəhd etdim. Çünki onun motivlərini başa düşmək istəyirdim. Amma hər biri ümidsiz oldu. Çıxıb ondan bizi şəffat şəkildə agah etməyini gözləyirdik, amma bunun əksi olaraq o, bütün danışıqlardan qaçıb və hər kəsi "qara siyahı"ya atıb. Əgər film işıq üzü görərsə və oradakı hadisələr üzə çıxarsa, o halda danışmağa hazıram".
Qeyd edək ki, bir müddət əvvəl filmin aktrisası Sanura Cəfərova da H.Rəhimovun onun və digər işçilərin qonorarını ödəməkdən ittiham etdiyini açıqlayıb.
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu