Kriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov öldürülüb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Goranboy ərazisində baş verib.
Kürd Amo qanuni oğru Lotu Qulinin əsas tərəfdarlarından biri kimi tanınırdı. Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.
Məlumata görə, Kürd Amo uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. Ayın 16-da Kürd Amo mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi “Ford” markalı avtomobilini Kürd Amonun üzərinə sürərək, üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salamov isə hadisə yeindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.
Qeyd edək ki, Kürd Amo 2021-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə 2 il müddətinə həbs olunub. O, daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb.
Kürd Amonun məhrum Lotu Qulinin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir.
- MM-də sənədsiz evlərlə bağlı mühüm təklif
- Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
- Temperatur 39 dərəcəyə yüksələcək
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Prezident 2 fərman imzaladı
- Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
- Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto