Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.
“BUTA.TV” APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Ə. Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.
Ata daha sonra 4 yaşlı oğlu T. Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Ə. Əyyubov hadisə yerində ölüb.
Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı T. Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Həkimlər onu cərrahi əməliyyat edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır