Aygün Kazımovanın adından dələduzluq edilib.
BUTA.TV axşam.az-a istinadla xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə avqustun 10-da Xalq artistinin konsert verəcəyi elanını yazıb. O hətta saxta elanın Heydər Əliyev Mərkəzinin həyətində keçiriləcəyini bildirib.
Səhifədə bilet satışı gerçəkləşdirilir. Dələduzlar biletlərin 15-35 manat arası satıldığını yazıb. Hətta fanatlardan Aygün Kazımova ilə şəkil çəkdirmək üçün pul da istənilib.
Kazımovanın komandası bildirir ki, konsert anonsu saxtadır, dələduzlara aldanmayın. Pop kraliça həmin tarixdə konsert verməyəcək. Aygün Kazımova verəcəyi konsertlərin anonsunu öz rəsmi səhifəsində yayımlayır.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır