Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu, o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 manatdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.
Dünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir.
Bu zaman ortaya belə bir sual çıxır: Azərbaycanlılar niyə çox içir? Bunun səbəbi nədir?
BUTA.TV publika.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub danışıb.
O qeyd edib ki, ölkədə spirtli içkilərin çox istehlak edilməsinin müxtəlif səbəbləri var:
"Bunlardan biri xarakterlə bağlıdır. Məsələn, Azərbaycanın müəyyən bölgələrində spirtli içkilərin istehlakı daha çoxdur. Həmin bölgədə yaşayan insanlar pozitivdirlər. Yəni el arasında demişkən, yeyib-içəndirlər.
İkinci səbəb uzun illər Sovet İttifaqında olmağımız, ruslarla qaynayıb, qarışmağımızdır. Təəssüflər olsun ki, onlardan bəzi xoşagəlməz ənənələri götürmüşük. İçki də onlardan biridir. M
əlumdur ki, spirtli içkilərin istehlakında ruslar dünyada ön sıralarda qərarlaşıblar. Üçüncü səbəb isə əlçatanlıqdır. Qonşu Türkiyədə spirtli içkilərin əlçatanlığı bizim qədər deyil, onlarda çox azdır. Bütün məkanlarda spirtli içkilər verilmir, hər marketdə spirtli içkilər satılmır. Spirtli içkilərin verilmə məkanı məhduddur, konkret yerlərdə satılır. Bu da spirtli içkinin istehlakının azalmasına kömək edir.
Dördüncü səbəbi isə psixoloqlar deyir. Onların sözlərinə görə, bəzi davranışların məntiqli əsası yoxdur. Spritli içkilərin bizdə çox olmasının səbəbi insanların intellektual vərdişlərinin az olmasıdır. Çünki insanlarda kitab oxumaq vərdişi azdır, asudə vaxtlarını səmərəli keçirmirlər. Bunlar mühüm səbəblərdir. Başqa bir səbəb insanlar arasında depressiyanın çox olmasıdır. Stres və depressiyanın çox olması spirtli içklərin aşırı dərəcədə istehlak edilməsinə səbəb olur".
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı