Son zamanlar Azərbaycanda zəlzələ ocaqları aktivləşib. Doğrudur, bu zəlzələlərin maqnitudası böyük olmur. Amma istənilən halda cəmiyyətdə təhlükə siqnalları yaradır.
BUTA.TV xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, hər gün təkanlar olur, çünki sönük planetdə yaşamırıq:
“Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Ölkəmizdə elə bir zəlzələ ərazisi yoxdur ki, güclü aktivləşmə olsun. Biz bir parametrlə, xırda təkanlarla tədqiqat aparmırıq. Bu məsələ ilə bağlı GPS stansiyaları var. Litosferdə gedən hərəkətlərin istiqaməti, sürəti araşdırılır. Burada qravitasiya sahəsinin dəyişməsi, geomaqnit şüalarının qeydiyyata alınması, sulardakı makro və mikro komponentlər, qazlar, radioaktiv elementlərin dəyişməsi və s. nəzərə alınır.
Ona görə arxayınlıqla deyirik ki, katastrofik zəlzələ gözlənilmir. Mən insanlara fala baxaraq “gedin, evdə rahat oturun”demirəm. Çünki biz hesablayırıq ki, nə qədər enerji ayrıldı və nə qədəri qaldı. Tədqiqatımızın nəticəsinə görə arxayınlıqla milyonlarla insanı evə çağırıram. Bəziləri ağzına gələni danışırlar. Deyirlər ki, “zəlzələ olacaq”. Kim deyir ki, olmayacaq? Mən detalları izah edirəm, təqdiqatlara güvənib danışıram. Sən nəyə əsasən deyirsən? Çıx ortaya! De ki, buna görə deyirəm ki, zəlzələ olacaq, fikrini əsaslandır”.
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər