Çin avtomobilləri sürətlə artır – Onlara etibar etmək olar?

17:34 - 29 İyul 2024 - CƏMİYYƏT

 Çin avtomobilləri sürətlə artır – Onlara etibar etmək olar?

Köhnə avtomobillərlə bağlı qoyulan sərt qadağalar ölkəyə ili yeni maşınların gətirilməsinə səbəb olub. Artıq insanlar istehsal ili köhnə yox, yeni, Avropa standartlarına cavab verən və daha çox Çin istehsalı olan avtomobillərə üstünlük verirlər. 

Lakin artıq uzun illərdir ki, insanlar arasında Asiya, xüsusən də Çin markalı avtomobillərin ehtiyat hissələrinin baha olması və texniki servis çatışmazlığı ilə bağlı tərəddüdlər formalaşıb. Bəs görəsən, Çin istehsalı maşınların sürətlə artımı sürücülər üçün yaxın gələcəkdə bu sarıdan problemlərə səbəb ola bilərmi? 

Mövzu ilə bağlı BUTA.TV-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, Çin markalarına tələbat təkcə Azərbaycanda deyil, Avropada da olduqca yüksəkdir:

“Çinin avtomobil sənayesi və ixracı təkcə Azərbaycanda deyil, bu sahədə sərt qaydalar tətbiq edən Avropada, hətta qardaş Türkiyədə belə sürətlə genişlənir. Bu istiqamətdə Çin şirkətləri həmin regionlarda istehsal müəssisələri qurmaq prosesinə start veriblər. Ona görə də, bu tendensiya tək Azərbaycanı əhatə etmir. İkincisi, Azərbaycanda artıq 25-dən çox rəsmi Çin brendi var və hələki bu maşınlarla bağlı ciddi problemlər yoxdur”. 

Bu xəbər hal-hazırda çox oxunur
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

Eyyub Əliyev ehtiyat hissələri və texniki servislərlə bağlı problemlərin demək olar ki, aradan qaldırıldığını diqqətə çatdırıb:

“Əvvəllər ehtiyat hissələri ilə bağlı müəyyən problemlər var idi ki, bunun da artıq həlli yolları tapılıb. Rəsmi servislər və fərdi sahibkarlar tərəfindən həddən artıq ehtiyat hissələrinin tədarükü və təmir mərkəzlərinin qurulması işləri görülür. 

Ən narahat edici məqam usta və ehtiyat hissələri çatışmazlığı idi, bunun da həll yolu artıq var. 

Digər tərəfdən Çin avtomobillərinin keyfiyyət məsələsi gündəmə gətirilir. Mən hər zaman deyirəm ki, avtomobilə vaxtı-vaxtında baxan, texniki qulluğunu etdirən şəxsin avtomobilində 99 faiz heç bir problem çıxmır. Bundan qorxmaq lazım deyil və zamanı tələbi olaraq bununla ayaqlaşmaq lazımdır”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol