Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır