Xəbər verdiyimiz kimi, tanınmış kriminal avtoritet, milyonçu, Ukraynadakı diasporumuzun üzvü Oleq Krapivin (Oleq Bakinski) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
BUTA.TV xəbər verir ki, Ukraynaya girişi qadağan edilən Oleq Bakinski bir müddətdir Bakıda yaşayırdı.
Hələ ötən il Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri - Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevin saxlanılması barədə məlumat dərc olunmuşdu.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin Oleq Bakinski kimi tanınan keçmiş idmançı, milyonçu Oleq Krapivinin dəstəsi olduğunu yazmışdı.
Oleq Bakinskinin kifayət qədər kriminal keçmişi var.
Krapivinin 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.
2022-ci ilin əvvəllərində Oleq Bakinskinin Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.
Oleq Bakinskinin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Yanukoviç rejiminə qulluq və onun şəriki olmaqda ittiham olunur.
2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.
Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi açılmış, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verildiyi elan edilmişdi.
Oleq Bakinskinin Nərimanov Məhkəməsi tərəfindən həbs edilməsi isə onun ötənilki cinayətkar dəstə ilə bağlı istintaq çərçivəsində saxlanıldığı ehtimalına yol açır.
Xatırladaq ki, Oleq Bakinski ondördqat Azərbaycan çempionudur.
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi