Arıqlamaq çoxlarının sağlamlıq və gözəllik ilə əlaqələndirdiyi bir prosesdir. Ancaq ani arıqlama dərinin sallanmasına, erkən yaşlanmaya və qırışlara səbəb olur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bunu kosmetoloq, masaj terapevti Tatyana Kurçina deyib.
O, idman etmədən arıqlamağın üzün çökməsinə və qırışların yaranmasına səbəb olduğunu bildirib.
"Bir çox insan səhv fikirdədir, onlar üz əzələlərinin həddindən artıq hərəkətinin qırışlara səbəb olduğunu düşünürlər. Lakin əslində dərinin erkən yaşlanması əlamətləri və ya yorğunluq siqnalları bəzi əzələlərin spazmı və həddindən artıq yüklənməsi, digərlərinin isə əksinə atonik vəziyyəti və həddən artıq rahatlaşması halında baş verir”.
Masaj terapevtinin sözlərinə görə, həm bədən, həm də üz üçün əzələnin güclü, dolğun olması, sərbəst şəkildə büzülməsi, uzanması və balanslı şəkildə hərəkət etməsi vacibdir.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
"İdman etmədən və vacib texnikalara əməl etmədən arıqlamağa başlasanız, dərinin kiçilməyə vaxtı olmayacaq və bu həmişə sağlamlığınıza, görünüşünüzə mənfi təsir göstərəcək. Üz dərisi xüsusilə mənfi təsir görür, yorğun görünür və dərhal qırışlar üzə çıxır.
Üz əzələlərini tonuslu saxlamaq üçün gündəlik iş rejiminizə üz fitnesini daxil etməlisiniz - bu, üz üçün əzələləri gücləndirmək və tonlamağa yönəlmiş məşqlər toplusudur. Daha yaxşı qan dövranını təşviq edir, əzələləri rahatlaşdırır və dərinin elastikliyini artırır, beləliklə, gənc və təravətli görünüşü qorumağa kömək edir. Səthi masaj üsulları belə mikrosirkulyasiyanı yaxşılaşdıra və dərinin elastikliyini artıra bilər", - deyə mütəxəssis qeyd edib.
O vurğulayıb ki, masaj qan axınının artmasına və toxumaların qidalanmasının yaxşılaşmasına səbəb olur. Bu da dərinin yeni şərtlərə tez uyğunlaşmasına kömək edir və sallanmanın qarşısını alır.
- Traktorun təkəri altında qaldı, öldü
- Bakıda güclü külək: 7 ağac sındı
- Ağdamın kəndlərində baş verən yanğınlar söndürüldü
- I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
- Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı
- Şahin Bağırov onu rəis təyin etdi - Foto
- Tozlu hava nə vaxta kimi davam edəcək?
- Bakı havasındakı tozun səbəbi - Açıqlandı