Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi həyatında nəzərə çarpacaq canlanma müşahidə olunur. Təkcə hakimiyyət deyil, əks düşərgə təmsilçiləri də qanunverici orqanda təmsilçilik uğrunda qüvvələri səfərbər ediblər.
BUTA.TV xəbər verir ki, siyasi müşahidəçilərin qənaətinə görə, növbədənkənar parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. YAP-ın budəfəki parlamentdə yerlərin 65-70 faizinə, təxminən 75-77 mandata sahib olacağı şübhə doğurmur. Amma 10-a yaxın müxalifət və iqtidar yönümlü partiyanın da Milli Məclisdə təmsilçilik hüququ qazanacağı gözlənilir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, növbədənkənar parlament seçkilərindən sonra, ölkənin siyasi həyatında ciddi dəyişikliklər baş verəcək. Bu sıraya ilk növbədə Milli Məclisin indiki rəhbərliyinin yenilənməsi daxildir. Spiker Sahibə Qafarova postunu qoruya bilsə də, birinci vitse-spikerin və digər iki spikerin yeni şəxslərlə əvəzlənəcəyi gözlənilir
İslahat paketi çərçivəsində icra strukturlarında, məhkəmə sistemində, gömrük və vergi orqanlarında, o cümlədən digər dövlət qurumlarında köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Bu sıraya ilk növbədə vəzifəsinin öhdəsindən gələ bilməyən icra başçılarının cəzalandırılması daxildir. Parlament seçkilərindən sonra 20-yə yaxın icra başçısının tutduğu vəzifədən kənarlaşdırılması gözlənilir. O cümlədən, əhalinin sırf təmasda olduğu sosialyönümlü qurumlarda da islahatların aparılması planlaşdırılır. Təhsil, səhiyyə, sosial-müdafiə funksiyasını yerinə yetirən qurumlarda da yeniliklərin olması gözlənilir.
Parlament seçkilərindən sonra həmçinin, rüşvət və korrupsiyaya qarşı mübarizənin də gücləndirilməsi planlaşdırılır. Hüquq-mühafizə orqanlarının toplanmış materiallar əsasında ən müxtəlif dövlət qurumlarında əməliyyatlar keçirəcəyi istisna olunmur.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi