Blinken Sani ilə danışdı: Gərginlik azaldılmalıdır!

02:16 - 6 Avqust 2024 - GÜNDƏM

 Blinken Sani ilə danışdı: Gərginlik azaldılmalıdır!

ABŞ Dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Dövlət katibi və baş nazir gərginliyin azaldılması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması səylərini müzakirə ediblər", - Miller bildirib.

O qeyd edib ki, tərəflər həmçinin İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsi üzrə birgə işi müzakirə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol