Ramil Usubov Şoyqu ilə görüşdü: Nələr müzakirə edildi?

18:06 - 6 Avqust 2024 - GÜNDƏM

 Ramil Usubov Şoyqu ilə görüşdü: Nələr müzakirə edildi?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - Şoyqu qeyd edib.

Şoyqu bildirib ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə, “Şimal-Cənub” dəhlizi müzakirə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol