Hələ heç nə bitməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludoqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib:
“Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilir. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.
Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib:
“Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək