İran və Tacikistan iki ölkə arasında viza rejimini ləğv etmək barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru Əlirza Mahmudi “Tasnim” agentliyinə bildirib.
O bildirib ki, İran və Tacikistan hökumətləri avqustun 10-dan etibarən öz vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün qarşılıqlı viza rejimini ləğv edib.
Onun sözlərinə görə, İran və Tacikistan vətəndaşları 30 gün müddətinə vizasız gedə bilərlər. Vizasız rejim yalnız Tehran və Düşənbə arasında uçuşlar həyata keçirən sərnişinlərə aid edilir.
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi