Pivənin kişi bədənini qadın formasına salması barədə çoxdan fikirlər yayılıb.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bir pasiyentin pivədən süd vəzisinin böyüyüb, qadın forması və ölçüsü alması faktını bölüşüb.
“Pivədə həqiqətən fitoestrogenlər var, onlar qadın hormonuna yaxındır. Lakin bu konsentrasiya o qədər azdır ki, kişilərdə dəyişiklik yaratmır. Bitki tərkibli fitoestrogenlər kişini qadına çevirmir. Pivədən süd vəzisi də çıxmır. Amma bütün digər spirtli içkilər kimi pivənin də kişi cinsiyyət sağlamlığına zərəri istisnasız deyil.
Alkoqol ən vacib kişi hormonu olan testosteronu aşağı salır, spermanın aktivliyini azaldır.
Təcrübəmizdə hər gün 5 butulka pivə içən kişinin süd vəzilərinin böyüməsi faktı var, amma bu artıq hiper təsirdir. Əgər kişi gündə 1 şüşə pivə içərsə, onda heç bir xarici görünüş dəyişikliyi ola bilməz", - Kaşux qeyd edib.
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto