COP29-un keçiriləcəyi müddətdə iş rejimi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir. NK-nın inzibati olaraq qəbul etdiyi qərar dövlət sektoru üçün nəzərdə tutulub. Beynəlxalq praktikaya görə, özəl sektora yalnız tövsiyə verilə bilər.
Bu sözləri BUTA.TV-a iqtisadçı alim Vüqar Bayramov Bakıda COP29 tədbiri günlərində (12-22 noyabr) özəl sektorun iş qrafikinin necə qurulacağı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda bununla da bağlı qərar verilə bilər:
“Sözsüz ki, özəl sektorun da COP29-un daha yaxşı təşkilinə töhfə verməsi məqsədəuyğun olardı. Bu tədbir Azərbaycanın təqdimatıdır”.
Qeyd edək ki, Bakıda keçiriləcək COP29 tədbirləri zamanı (12-22 noyabr) orta məktəblər tətilə buraxılacaq, ali məktəblərdə tədris isə onlayn qaydada aparılacaq. Həmçinin dövlət idarələrinə işçi heyətinin 70%-nin məsafədən işləməsinin təşkili ilə bağlı qərar verilib.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi