Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

10:08 - 7 Avqust 2024 - GÜNDƏM

 Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Bu gün və sabah Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23 m/san çatacaq.

Bu sözləri BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Bölgələrdə də küləkli hava şəraiti 8 avqust gündüzə qədər davam edəcək. Əsasən, dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlıq ərazilərdə isə 19-24 dərəcə isti olacaq”, - o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol