ABŞ hərbi təyyarələri İrəvana nə daşıyır? – Ekspert

14:16 - 7 Avqust 2024 - GÜNDƏM

 ABŞ hərbi təyyarələri İrəvana nə daşıyır? – Ekspert

Son vaxtlar ABŞ və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişlənib. ABŞ-ın Ermənistan Müdafiə Nazirliyinə öz nümayəndəsini təyin etməsi də bunun tərkib hissəsidir.

Bu sözləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov ABŞ hərbi yük təyyarələrinin Zvartnots hava limanına gəlməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, artıq ABŞ hərbi texnikasının Ermənistanda görünməsi təəccüb doğurmur:

“Bu, ABŞ və Ermənistan ordularının birgə fəaliyyəti ilə bağlıdır. Fəaliyyət çərçivəsində hərbi təlimlər keçirilir, silah-sursat, texnika gətirilir. Bilirsiniz ki, ötən ay İrəvanda ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirildi. Ona görə də hərbi yük təyyarələrinin Zvartnots hava limanına, yaxud da digər aerodromlara gəlib-getməsi bundan sonra da davam edəcək. Böyük ehtimalla Vaşinqtonla İrəvan arasında Ermənistan ordusuna müəyyən avadanlıqlar, hətta ola bilsin, silah-sursat, hərbi texnika verilməsi ilə bağlı razılıq əldə olunub”.

Ekspert bildirib ki, Ermənistan ABŞ ilə əməkdaşlığını genişləndirərkən niyyətini gizlətmir:

“Elə dünən məlumat yayıldı ki, həm Rusiya ərazisində, həm də Orta Asiyada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti təlimlərində Ermənistan iştirak etməyəcək. İrəvanın təşkilatın bütün tədbirlərini boykot etməsi o deməkdir ki, Ermənistan öz istiqamətini müəyyənləşdirib - daha çox ABŞ, Fransa və digər Qərb ölkələrinə hərbi sahədə inteqrasiya edir. Məqsəd aydındır. Rusiya sərhədçilərini Zvartnotsdan avqustun 1-dən çıxardılar. Həmin o sərhədçilər İran və Türkiyə sərhədlərində yerləşdirilib xidmət aparsa da, yəqin ki, bu, müvəqqətidir. Bir müddət sonra ümumiyyətlə onların Ermənistan ərazisindən tədricən çıxarıldığı ilə bağlı məlumatlar gəlməyə başlayacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol