Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.
BUTA.TV xəbər verir ki, bu fikirləri Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq Olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.
Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı