Avqustun 7-də Tehrana səfər edən Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, İran ordusunun Baş Komandanlığının qərargahında baş tutan görüşdə Andrey Lukyanoviç ölkəsinin İranla hərbi əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istədiyini vurğulayıb.
Danışıqlardan sonra Lukyanoviç Musəvini Belarusun müdafiə qabiliyyəti ilə tanış olmaq üçün ölkəsinə səfərə dəvət edib.
Qeyd edək ki, belaruslu general İrana səfəri zamanı İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi ilə də görüş keçirib.
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü