Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna görə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından kömək istəmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Xeyr, müraciət etməyəcəyik. KTMT-nin əsas ölkəsi olan Rusiyanın öz ərazisinə görə kimdənsə kömək istəməsi təəccüblü olardı. Kursk bölgəsində Rusiyaya kömək etmək üçün kimi cəlb edəcəksiniz? Qazaxları, yoxsa erməniləri? Siz axmaq suallar verirsiniz”- deyə o, bu yöndə sual verən jurnalistə əsəbiləşib.
Qeyd edək ki, Ukrayna ordusunun artıq Kursk vilayətinin Suca rayon mərkəzinə daxil olduğu bildirilir.
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır