Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.
İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Saninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə, Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video