Hüseyn Abdullayev infarkt keçirdi

10:44 - 9 Avqust 2024 - CƏMİYYƏT

 Hüseyn Abdullayev infarkt keçirdi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

BUTA.TV xəbər verir ki, məlumatı Report-a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-un bağlanış plenar iclası keçirilir

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol