İranla əlaqəli haker qruplarının noyabrda ABŞ-da keçiriləcək seçkiyə müdaxilə etmək üçün kampaniyaya başladığı iddia edilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Maykrasoft” məlumat yayıb.
“Bu gün İranın ABŞ-dakı prezident seçkisinə təsir etmək niyyətini getdikcə daha çox göstərən kəşfiyyat məlumatlarını paylaşırıq. İran hökuməti ilə əlaqəsi olduğu güman edilən haker qrupları noyabrda ABŞ-da keçiriləcək seçki ilə bağlı mübahisələr yaratmaq üçün son həftələrdə onlayn kampaniyalar başlatmağa çalışırlar. Bu kampaniyalar ənənəvi olaraq Amerika seçkisində həlledici rol oynayan ştatlarda aktiv şəkildə gücləndirilir. İranlı haker qrupları internet saytları yaradıb, seçki ərəfəsində amerikalılar üçün vacib olan mövzularda məlumatlar yerləşdirir, ABŞ daxilində bu və ya digər siyasi qüvvələr üçün kampaniya aparır. Belə saytlardan biri solçu auditoriyaya xidmət edən və keçmiş prezident Donald Trampı təhqirə yol verən “Nio Thinker”, digəri isə LGBTQ+ problemləri və cinsiyyətin dəyişdirilməsi kimi mövzulara diqqət yetirən “Savannah Time”dır”, - məlumatda deyilir.
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu - Video
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video