Ukrayna PUA-larının endirdiyi zərbələr nəticəsində “Lipetsk-2” aerodromunda 700-dən çox idarə olunan aviabombanın saxlandığı anbarlar partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Xüsusilə də bu gecə Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələri ilə birgə Rusiyanın “Lipetsk-2” hərbi aerodromuna hücum həyata keçirib. Hücum olunan aerodromda 700-dən çox idarə olunan aviabombanın saxlanıldığı anvar, bir neçə döyüş təyyarəsi, helikopter olub. Ukrayna PUA-larının zərbəsindən sonra güclü partlayış baş verib və nəticədə aerodromun böyük hissəsində zəncirvari partlama və genişmiqyaslı yanğın yaranıb. “Lipetsk-2” hərbi aerodromunda yerləşdirilən təyyarələrin əksəriyyəti havaya qalxmağa vaxt tapmayıb”, - mənbə bildirib.
Qeyd edək ki, yerli hakimiyyət orqanları partlayışı təsdiqləyib və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin təxliyə edildiyini elan edib.
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video