Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, hakimiyyət daxilində müəyyən qruplaşma onu ləkələməyə çalışır:
“Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır:
“Ölkədə insanlar çətinlik içərisində yaşayırlar. Xalq bizim sözlərimizdən uzaqdır. Söz vermişik, amma yerinə yetirmirik. Onlar bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
İran prezidenti HƏMAS liderinin Tehranda sui-qəsd nəticəsində öldürülməsinə görə hökuməti tənqid etməklə yanaşı, hökumətin ayırdığı pulların hara getdiyinin bəlli olmadığını deyib.
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video