Rusiya hakimiyyəti dördüncü gündür Ukrayna qoşunları ilə döyüşlərin davam etdiyi Kursk ərazisində repressiya maşınını işə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Ukraynanın zərbələrinin nəticələrini lentə alan 48 yaşlı Oktyabrskoye kənd sakinini saxlayıb. Kəşfiyyat xidmətlərinin məlumatına görə, yerli sakin tərəfindən lentə alınan video Ukrayna Teleqram kanallarından birində yayımlanıb. Dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, guya tapşırıq əsasında hərəkət edib və tapşırığın yerinə yetirilməsi üçün ona pul, eləcə də NATO ölkələrindən birinin vətəndaşlığı vəd edilib”, - məlumatda deyilir.
Kanal qeyd edir ki, hazırda saxlanılan şəxslə bağlı “casusluq” maddəsi ilə cinayət işinin başlanması məsələsinə baxılır.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq