Bu gündən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd - VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının təbliğat və təşviqat kampaniyasına start verilib.
BUTA.TV xəbər verir ki, Tənzilə Rüstəmxanlının parlament seçkisi ilə bağlı Neftçala rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.
Namizədin seçkidə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və "Neftçala üçün birlIkdə" devizi altında təşviqat kampaniyasına start verilib.
70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd - VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndələri, vəkillər və rayon ictimaiyyəti nümayəndələri Neftçalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi hörmət və ehtiramla yad olunub, abidəsi önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video
- Tiflisdə hadisə: Azərbaycan dilində danışdı, bıçaqlandı - Video
- Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışı oldu
- İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu
- Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
- Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video
- Qobustanda ağır qəza: ölən var - Video