Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.
Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır.
***
Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı isə səhər saatlarında xəstəxanada vəfat edib.
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video
- Birinin 21, digərinin 22 yaşı olub... - Video
- Tiflisdə hadisə: Azərbaycan dilində danışdı, bıçaqlandı - Video
- Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışı oldu
- İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu