Hazırda tikinti bazarında bir çox materialların qiymətində bahalaşma müşahidə olunur. İlin əvvəlindən fərqli olaraq, qiymət artımı yay dövründə daha çox nəzərə çarpır. Ən çox bahalaşma kosmetik tikinti materiallarında (divar kağızı, müxtəlif boyalar, aqlay və s.) özünü göstərir. Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs görəsən, tikinti materiallarında nəzərə çarpan qiymət artımının başlıca səbəbləri nədir?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bahalığın səbəbi idxal və istehsal zamanı çəkilən xərclərin artımı ilə bağlıdır:
“Ümumiyyətlə bildiyiniz kimi, hər hansı bir xidmətin yekun qiyməti onun ərsəyə gəlməsində çəkilən xərclərin miqdarından asılıdır. Həmin məhsulun riyalizə edilməsində çəkilən xərclər çoxdursa, deməli yekun qiymət də ona uyğun və müvafiq olaraq yüksək olur. Son dövrlərdə həm daxili, həm də xarici faktorlara əsasən qiymətlərdə oynamalar müşahidə olunur. İstehsal olunan inşaat materialı yerli məhsuldursa, təbii ki, onların hamısının xam malı Azərbaycanda əldə olunmur. Kənardan gətirilir və idxal olunur. İdxal zamanı da qiymətlərdə müəyyən bahalaşmalar müşahidə olunur. Onun daşınmasında, saxlanmasında xeyli xərclər çəkilir”
Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, bu tikinti materiallarının qiymətinə də təsir edər:
“Son vaxtlar məlum olduğu kimi yanacaq qiymətlərində də artım müşahidə olunmağa başladı. Bütün bunlar xaricdən gətirilən materiallara da şamil olunur. Post-pandemiya dönəmində bir çox yeni lisenziyalar, icazələr və yükdaşımalarında qiymət fərqləri meydana çıxdı. Bunların hər biri yekun məhsulun qiymətinə təsir göstərməyə başladı. Çəkilən xərclər yüksəldiyinə görə bu birmənalı şəkildə bütün məhsul siniflərində davam edir. Əgər ölkə daxilində biz buna düzgün şəkildə yanaşsaq, bu qiymətlərdə bahalaşmalar müşahidə olunmayacaq. Məsələn, istər hava, istər quru, istərsə də su yolu ilə daşınmaların qiymətləri ucuzlaşarsa, qiymət artımının qarşısı alına bilər”.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi