Kənad Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Qaynarinfo-nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib. Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl "Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu "Modern Group"da çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan "Modern” Şirkətlər Qrupuna "Az-Granata" MMC, "Modenis" MMC, "Modern Hospital", "Great Motors", "Mineral Sular" MMC, "Alyans Tekstil", "Agsu Aqropark" QSC şirkətləri daxildir.
Xatırladaq ki, "Aqroservis" ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək