Ümid edirəm ki, yeddi medalımız olacaq. Güləşçimizin sabah uğur qazanacağına inanıram”.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan nəticələri şərh edərkən deyib.
O, Tokio olimpiadasındakı medal sayının təkrarlanacağına inandığını bildirib: “Amma keyfiyyətə görə bu dəfə daha yaxşı nəticə qazandıq. Çünki iki qızıl medalımızı var”.
MOK-un vitse-prezidenti Paris olimpiadasında başqa uğurlara da imza atdıqlarını vurğulayıb: “Qadın basketbolçularımız yaxşı təsir bağışladılar. Gimnastlarımız finala çıxdılar, medala az qalmışdı. Atletimiz Anna Skidan da finala yüksəldi”.
Ç.Hüseynzadə Paris-2024-də idmançılardan daha yüksək nəticələr gözlədiklərini gizlətməyib:
“Güləşçilərimiz bir qədər ümidləri doğrultmadılar. Bu problemi yığmadakı nəsildəyişmə prosesi ilə əlaqələndirirəm. Yaş məsələsi də buna imkan vermədi. Ümid edirəm ki, yeni gənclər yetişəcəklər. Artıq onlardan uğurlu nəticələr gözləməyə dəyər”.
Qeyd edək ki, Azərbaycan Paris olimpiadasında hələlik 6 (2 qızıl, 2 gümüş, 2 bürünc) medal qazanıb.
- Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov
- Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto
- Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan
- Ermənistan vətəndaşlarına bu tarixdə hökm oxunacaq
- İran Azərbaycanda olmayan bazanı vuracaq - Şamxani hədələdi
- Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
- Epşteynin arxasındakı qüvvə: Qlobal elitanı kimlər şantaj edir?
- Azərbaycanda bu deputatlara yeni vəzifə verildi