İran konsulluğunun Qafanda açılmasından 1,5 il keçib. Bu, hər hansı bir iş görmək üçün çox az vaxtdır, lakin min illik tarixi keçmişimizə əsaslanaraq, planlarımızı çox tez həyata keçirə bilmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri İran konsulu Mürtəza Abidin Varamini deyib.
İranın Zəngəzurla bağlı strategiyası haqqında sualı cavablandıran konsul bildirib:
“Strategiya çox aydındır. İki-üç həftə əvvəl cənab Paşinyan İrana səfər etdi (Paşinyan İrana 30 iyulda Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün səfər etmişdi və o vaxtdan “2-3 həftə” deyil, 12 gün keçib – red.), İranın ruhani lideri ilə görüşdü və bu mövzu yenidən müzakirə olundu. İran bir daha öz strategiyasını vurğuladı və bütün sözlərimiz həmişə eynidir”.
Konsul İranın Zəngəzurla bağlı “qırmızı xətti”nin dəyişməz qaldığını bir daha təsdiqləyib.
- Baş nazirdən əmək müqavilələri ilə bağlı qərar
- Orduda islahatlar aparırıq, silah alırıq, ancaq müharibə... - Nikol
- Rusiyaya kütləvi PUA hücumu edildi
- Paşinyandan Türkiyə ilə bağlı çağırış
- Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu
- Qərb it kimi Azərbaycana dartınır - Markov
- İsrail kəşfiyyatı peycerləri bu cür partladıb
- Ukrayna rusların poliqonunu vurdu: onlarla ölü...