Xəbər verdiyimiz kimi, Yevlax-Zaqatala yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Qeyd olunub ki, Yevlax-Zaqatala yolunda oğullarının əsgər görüşündən qayıdan ailənin olduğu maşın TIR ilə toqquşub və hadisə nəticəsində iki nəfər həyatını itirib.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə avqustun 11-də saat 13 radələrində Yevlax-Zaqatala yolunun 17-ci kilometrliyində, Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində baş verib:
"Zaqatala rayon sakini, 1986-cı il təvəllüdlü Rəmin Camal oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı, 99 DO 514 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Həsən Ağahəsən oğlu Məmmədovun idarə etdiyi MAN markalı, 99 JG 023 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Hadisə nəticəsində Rəmin Abdullayev və sərnişini, bibisi 1983-cü il təvəllüdlü Vüsalə Salam qızı İsmayılova hadisə yerində dünyasını dəyişiblər. Sürücünün bibisi qızı 2004-cü il təvəllüdlü Fərqanə İsrafil qızı İsmayılova isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir".
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar