Sabah Astara, Masallı və Yardımlı rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
BUTA.TV xəbər verir ki, Astara rayonu Balaca Şahağacı kəndində orta təzyiqli yeraltı daşıyıcı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar "Şahağac" qaz paylayıcı stansiyadan qidalanan Kakalos, Balaca Şahağacı, Qamışoba və Pensər kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1 100 abonentin qaz təchizatının sabah saat 14:00 dan işlər yekunlaşana kimi dayandırılması planlaşdırılır.
Eyni zamanda Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyadan qidalanan, Köhnə-Alvadı, Bambaşı kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədi ilə sabah saat 10:00 dan işlər yekunlaşana qədər Bambaşı, Böyük Xocavar və Yeyənkənd kəndlərinin, ümumilikdə 1 900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Yardımlı rayonu Şilavəngə, Çayüzü və Perimbel kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14.00-dan işlər başa çatanadək, ümumilikdə 300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
- Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq
- Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı
- Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?
- Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür
- Mixalko sammitə görə Azərbaycanı təbrik etdi
- Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa
- Ermənistanın baş qərargah rəisi də işğalda iştirak edib - Sübut
- Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...